Avtomobilləri park edən robot

25 May 2017 - 11:00 | Texnoloji yeniliklər
Avtomobilləri park edən robot

Fransanın “Stanley Robotics” şirkətinin mühəndislərinin hazırladığı “Stan” adlı qeyri-adi robot parketmə prosesini əhəmiyyətli dərəcədə asanlaşdırır. Robot avtodayanacağa daxil olan avtomobili qaldırır və onu boş park yerinə daşıyır.

hi-news.ru saytının məlumatına görə, “Stan” avtomobili xüsusi platformanın köməyi ilə qaldırır. Avtomobilin sahibi mobil əlavə vasitəsilə öncədən özünə avtodayanacaqda yer saxlaya, həmçinin “Stan”ın onu avtomobillə girişdə gözləməsi üçün dayanacağı tərk edəcəyi vaxtı göstərə bilər. Robotların işinin effektivliyini artırmaq üçün avtodayanacaqda eyni zamanda birdən çox bu kimi qurğu işləyə bilər.

Qeyd edək ki, “Stanley Robotics”in əsası 2015-ci ildə qoyulub və şirkət bir müddət öncə böyük investorlardan öz layihələrinin inkişafı üçün bir neçə milyon dəyərində investisiya alıb. Hazırda insanların vaxta qənaət etməsinə imkan verən “Stan” robotu Parisin Şarl de Qoll hava limanında işləyir. Xüsusilə, reysə gecikənlərin işini asanlaşdıran bu robot sərnişinlər istirahətdən qayıtdıqda avtodayanacağın çıxışında onları avtomobilləri ilə gözləyir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.