Yüzlərlə yapon şirkəti 2020-ci ilə kimi Əşyaların İnternetinə (Əİ) qoşulmuş qurğular əsasında məlumatlar birjasının yaradılması üzərində çalışırlar. Bu, şirkətlərə böyük həcmli məlumatlarla ticarəti yeni səviyyəyə qaldırmağa imkan verəcək və Əİ texnologiyasının daha geniş yayılmasına səbəb olacaq.
hightech.fm saytının məlumatında bildirilir ki, 2020-ci ilə kimi 50 milyarddan çox qurğunun İnternetə qoşulacağı proqnozlaşdırılır. Dünyada Əİ texnologiyasının əsas komponenti olan sensorlar bazarının təxminən 40%-i Yaponiyaya aiddir. Ölkə, həmçinin İnternetə qoşulmuş qurğular bazarında lider olmaq iddiasındadır.
Əşyaların İnternetinin məlumatlar birjasının yaradılması sayəsində şirkətlər mobil qurğular vasitəsilə tibbi xidmətləri daha da inkişaf etdirə biləcək. Supermarketlər isə müştərilərin soyuducularında hansı ərzaqların olub-olmadığını ehtimal edərək onlara lazımi çeşidləri təklif edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.