“Microsoft” DNT əsasında məlumatların saxlanılması üçün bulud sistemi yaradır

24 May 2017 - 18:00 | Maraqlı məlumatlar
“Microsoft” DNT əsasında məlumatların saxlanılması üçün bulud sistemi yaradır

“Microsoft” şirkəti süni DNT istehsalı üzrə ixtisaslaşmış “Twist Bioscience” ilə birgə əməkdaşlıq edir. İstehsalçılar hesab edir ki, onların məlumat daşıyıcıları ölçülərinə görə “Xerox”un 70-ci illərdəki sürətçıxarma texnikası ilə müqayisə oluna bilər.

hi-news.ru saytının məlumatına görə, məlumat daşıyıcısı kimi istifadə olunan DNT son dərəcə yüksək sıxlıqla yazı qabiliyyətinə malikdir. Süni DNT-dən istifadə saxlanılan informasiyanın həcminin sürətli artımı problemini həll edəcək və  onun saxlaması üçün yeni metodların hazırlanmasından uzun müddətli azad edəcək.

Tədqiqatçılar, həmçinin DNT-də məlumatın yazılmasını sürətləndirməyi planlaşdırırlar. Hazırda sürət 400 bayt saniyə təşkil edir. Tezliklə bu göstərici saniyədə 100 meqabayta qədər artırılacaq. 

İndiyədək DNT-məlumat daşıyıcılarının hazır prototipləri mövcud olsa da, onların qiymətinin yüksək olması bu texnologiyanın hər yerdə yayılmasına mane olur. “Microsoft” nümayəndələri əmindir ki, DNT-də məlumatların saxlanılmasının dəyəri ən azı 10 min dəfə azaldılmalıdır ki, texnologiya “kütlələrə doğru irəliləsin”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.