S.Hokinq insanları digər planetlərdə məskunlaşma istiqamətində tədqiqatlara səsləyib

23 May 2017 - 11:00 | Maraqlı məlumatlar
S.Hokinq insanları digər planetlərdə məskunlaşma istiqamətində tədqiqatlara səsləyib

Bəşəriyyət insanlara Kainatda olan digər planetlərdə məskunlaşmağa imkan verməyən texnologiya baryerlərinin öhdəsindən gəlməlidir

Böyük Britaniyanın məşhur astrofiziki Stiven Hokinq insanları mümkün qədər tez bir zamanda digər planetlərdə məskunlaşma istiqamətində tədqiqatlar aparmağa səsləyib. Bildirib ki, bütün bəşəriyyətin sağ qalması bundan asılıdır.

“Mən tamamilə əminəm ki, biz artıq yaşamaq üçün alternativ planetin axtarışlarına başlamalıyıq”, – deyə S.Hokinq iyun ayında Norveçdə keçiriləcək “Starmus” elm və sənət festivalına həsr edilmiş mətbuat konfransında çıxışı zamanı bildirib.

Qeyd edək ki, S.Hokinq sahibkar Riçard Brenson tərəfindən əsası qoyulmuş “Virgin Galactic” şirkətinə məxsus, turist uçuşları üçün nəzərdə tutulmuş gəmidə Brensonun təklifi ilə kosmik uçuş planlaşdırır.

hitech.newsru.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.