Dubayın polis xidmətinin tərkibinə “Robocop” adlı ilk robot-polis daxil edilib. Robotun hündürlüyü 170 sm, çəkisi 100 kq-dır. Robot emosiyaları müəyyənləşdirən detektorla təchiz edilib. O, insanlarda üz ifadələri və jestlərini 1,5 metrədək məsafədən “tanıyır”. Beləliklə, robot insanlarla əlaqə yarada və qanunu pozanları aşkar edə bilir.
lenta.ru saytının məlumatına görə, robot quraşdırılmış daxili naviqator sayəsində ərazidə hərəkət edir, ərəb və ingilis dilləri daxil olmaqla 6 dildə danışır. Vətəndaşlar bu robot vasitəsilə kredit kartları ilə polis xidmətlərini ödəyə bilərlər.
Küçə və ticarət mərkəzlərində patrulluq edən “Robocop” müvafiq video çəkilişlərini təqdim etməklə qanun keşikçilərinə cinayətkarları tapmaqda kömək edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.