İnstitutun əməkdaşı magistrantların elmi konfransında II yerə layiq görülüb

18 May 2017 - 16:00 | Mühüm hadisələr
İnstitutun əməkdaşı magistrantların elmi konfransında II yerə layiq görülüb, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

AMEA İnformasiya Texnologiyaları İnstitututun magistrantı Şəlalə Mansurova 11-12 may 2017-ci il tarixlərdə Sumqayıt Dövlət Universitetində keçirilmiş magistrantların XVII Respublika elmi konfransında iştirak edib.

19 istiqamət (riyaziyyat, mexanika, kimya və kimya-texnologiya, innovasiyalı iqtisadiyyatın inkişafının müasir problemləri, Azərbaycan multikulturalizmi və s.) üzrə materialların qəbul olunduğu tədbirdə Ş.Mansurovanın “Bulud texnologiyaları: xidmətlər və modellər” mövzusunda konfrans materialı “Yeni informasiya texnologiyaları” istiqaməti üzrə 2-ci yerə layiq görülüb. Konfransda Ş.Mansurovaya diplom təqdim olunub.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.