Robotlara “altıncı hiss" əlavə edilib

05 May 2017 - 11:39 | Maraqlı məlumatlar
Robotlara “altıncı hiss" əlavə edilib

Nəzərə alsaq ki, artıq robotlaşdırma dövrü başlayıb, biz risksiz və travma almadan robotlarla necə yaşaya biləcəyimiz haqqında düşünməliyik. “Veo Robotics” şirkəti yad predmetlərdən insanlara qədər, ətrafda olan bütün obyekt və maneələr haqqında təsəvvür yaratmağa imkan verən sistemin hazırlanması üzərində işləyirlər.

Almaniyanın Fraunhofer IWU institutunun tədqiqatçıları bu istiqamətdə müəyyən tədbirlər görsələr də,  Veo şirkətinin yanaşması daha dinamik və həssas hesab edilə bilər. Çünki “altıncı hiss”ə malik yeni sistem təhlükəsiz və təhlükəli zonalara güvənmək əvəzinə, əsasən obyektlərin tanınması və başqa semantik modelləşdirilməyə əsaslanır.

3dnews.ru saytının məlumatına görə, əvvəllər təcrid edilmiş sahələrdə sənaye robotlarının tapılması insan həyatı üçün ən təhlükəsiz hesab edilirdi. Çünki insanlarla robotların iş birliyi istehsal effektivliyini əhəmiyyətli dərəcədə yüksəldirdi.

Yeni robot elə əvvəlki kimi işləyir, lakin indi o, ətrafda olan hər şeyin dəqiq yeri və ölçüsünü bilir. Əgər insan və ya nəqliyyat vasitəsi qadağan olunmuş zonaya daxil olarsa, hansısa detal qırılarsa və ya normadan kənara çıxma qeydə alınarsa robot işini yavaşlada bilər. Əgər sistem 100% təhlükəsizliyə əmin olmazsa fəaliyyətini tam dayandırır.

Hazırda şirkət robotu bir neçə partnyorla birlikdə sınaqdan keçirir. Veo Robotics sisteminin tam təkmilləşdirilmiş versiyasının isə 2019-cu ildə hazır olacağı bildirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.