İnstitutun əməkdaşları “Microsoft” şirkətinin sertifikatına layiq görülüblər

04 May 2017 - 10:05 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin əməkdaşları – institutun elmi işçisi Kamran Cəfərzadə və mütəxəssis-proqramçı Ayxan Babazadə “Microsoft” şirkətinin “Microsoft Digital Literacy” və “Microsoft Technical Associate” imtahanlarının mərhələlərindən müvəffəqiyyətlə keçərək sertifikata layiq görülüblər.

Qeyd edək ki, “Microsoft” sertifikatı informasiya texnologiyaları sahəsində biliklərin beynəlxalq səviyyədə qiymətləndirilməsi, həmçinin yeni elmi texnologiyaların araşdırılmasına diqqətin cəlb edilməsi məqsədilə təqdim olunur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.