Wi-Fi insanın sağlamlıq vəziyyətinin vacib göstəricilərini ölçəcək

03 May 2017 - 16:30 | Maraqlı məlumatlar
Wi-Fi insanın sağlamlıq vəziyyətinin vacib göstəricilərini ölçəcək

Massaçusets Texnologiya İnstitutunun (ABŞ) alimləri radiosiqnallardan istifadə etməklə insanın hərəkət sürətini ölçən “WiGait” adlı qurğunu təqdim ediblər.

naked-science.ru saytının məlumatına görə, kiçik şəkil ölçüsündə divar lövhəсiyi kimi görünən qurğu mobil telefonlar və ya Wi-Fi modemlərin siqnallarından daha zəif radiosiqnallar yayır. Boy və bədən nisbətini nəzərə alaraq bir neçə insanı “fərqləndirən” “WiGait” cihazı siqnalların insan bədənində “əks olunmasını” qeydə alır və onların hərəkətini izləyir.

Yeni qurğu “RF Capture” texnologiyasına əsaslanır. Bu, insanların hərəkətini simsiz şəbəkə vasitəsilə “izləmək” üçün ilk cəhd olmasa da, texnologiya yaradıcıları siqnalın kənar səslərdən təmizlənməsi alqoritmləri ilə işə böyük diqqət yetiriblər. Bu, texnologiyaya 15 insan bədəninin cizgisini təxminən 90 faiz dəqiqliklə fərqləndirməyə imkan verib.

“WiGait” məlumatları 99 faiz dəqiqliklə emal edir. Alqoritm insanın yerişini digər gündəlik hərəkətlərindən fərqləndirə bilir.

Bundan əvvəl Kaliforniya Universitetinin tədqiqatçıları alqoritmlə təchiz edilmiş, ətrafda olan insanların (simsiz şəbəkədən istifadə etməyənlər də daxil olmaqla) sayını hesablayan Wi-Fi ötürücü aparatlar hazırlayıblar. Bu kimi qurğuların “ağıllı” evlərdə soyuducu və istilik sistemlərinin avtomatik nizamlanması üçün istifadə olunması planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.