Belarus alimləri superkompüter istehsal ediblər

03 May 2017 - 14:04 | Texnoloji yeniliklər
Belarus alimləri superkompüter istehsal ediblər

Belarus alimlərinin hazırladığı, kosmik sfera üçün nəzərdə tutulmuş “ağıllı” maşın bir çox digər sahələrdə də istifadə edilə biləcək.

mir24.tv saytının məlumatına görə, superkompüter saniyədə yüz milyon əməliyyatı icra edə biləcək. Bu, böyük hesablamalar üçün – irihəcmli məlumatları operativ şəkildə emal etmək və tez qərar qəbul etmək üçün vacibdir.

Yeni kompüterin ilk nümunəsi beynəlxalq sərgidə nümayiş etdirilib. Onun xarakteristikaları hər kəsi təəccübləndirib. Belə ki, superkompüter irihəcmli məlumatları az enerji sərf etməkə emal edə bilir. Bundan başqa, qurğu təsvir, səs və rəqəmsal informasiyanı “tanıyır”.

Belarus alimləri gələcəyə dair planları haqqında da məlumat veriblər. Onlar leykemiya xəstəliyi üçün yeni dərmanlar hazırlamaq, həmçinin elektrik enerjisi və elektrik avtomobilləri üçün yığıcı qurğular istehsal etmək niyyətindədirlər.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.