Süni intellekt bütün xatirələri yadda saxlamağa imkan verəcək

01 May 2017 - 12:39 | Maraqlı məlumatlar
Süni intellekt bütün xatirələri yadda saxlamağa imkan verəcək

“Apple Inc” şirkətinin rəhbərlərindən və Siri sistem-köməkçisinin yaradıcılarından biri olan Tom Qruber TED 2017 konfransında çıxışı zamanı süni intellekt sistemlərinin daha bir istifadə imkanını nümayiş etdirib. Onun fikrincə, süni intellekt gələcəkdə insanın yaddaşında “genəldici” rol oynayaraq onun fiziologiyasıyla bağlı çatışmazlıqların öhdəsindən gəlməyə yardım edəcək.

Qrubber qeyd edib ki, müxtəlif İnternet texnologiyalarından geniş istifadə, smartfon və planşet qurğularının sürətlə yayılması nəticəsində, şəbəkədə artıq hər bir insana aid böyük miqdarda informasiya mövcuddur.

dailytechinfo.org saytının məlumatında bildirilir ki, ixtisaslaşdırılmış süni intellekt sistemi Alzheimer və ya skleroz xəstəliyi səbəbindən yaddaşını itirən insan haqqında bütün məlumatları toplayaraq onun “ehtiyat yaddaş”ı ola bilər.  

“Süni intellekt və insan simbiozunun yaradılması üçün nə qədər vaxt və nə tələb olunduğunu indidən demək çətindir. Lakin hesab edirəm ki, belə simbiozun yaradılması labüddür”, – deyə Qrubber bildirib. Mütəxəssisin sözlərinə görə, kompüter yaddaşına malik olmaq insanlara nə vaxtsa çoxdan qarşılaşdığı şəxsi, onun adını, maraqlarını, hətta sonuncu söhbətin dəqiq məzmununu xatırlamağa imkan verəcək.

Qrubber əlavə edib ki, insanın yaddaşı rolunda çıxış edən köməkçi süni intellekt sistemləri tamamilə təhlükəsiz olmalıdır. Çünki, bu məlumatlar insanların əksinə də istifadə oluna bilər. Lakin sistem elə qurulmalıdır ki,  heç kim insanı baş verməyən bir hadisəni xatırlamağa məcbur etməsin.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.