Kamera-stilist təqdim olunub

27 Aprel 2017 - 15:59 | Texnoloji yeniliklər
Kamera-stilist təqdim olunub

Amerikanın “Amazon” korporasiyası sahibinin zahiri görünüşünü təhlil edən və hər gün onun üçün geyim seçə bilən yeni qurğu təqdim edib.

vladtime.ru saytının məlumatına görə, səsin köməyilə idarə olunan “Echo Look” şəkillər, hətta qısa videoçarxlar çəkə bilir ki, bu da dəb həvəskarlarına özlərinə bütün rakurslardan baxmağa imkan verəcək.

“Echo Look” maşın təlimi və peşəkar stilistlərin tərtib etdikləri məsləhətlərin köməyilə istifadəçilərin müxtəlif rakurslardan çəkilmiş şəkillərini qiymətləndirə bilir.

Hazırda qiyməti 200 dollar təşkil edən qurğunu yalnız ABŞ ərazisində almaq olar və onun hələ ki, digər bazarlarda yayılması planlaşdırılmır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.