Sağlamlıq imkanları məhdud insanlar üçün yeni qurğu hazırlanıb

28 Aprel 2017 - 09:00 | Texnoloji yeniliklər
Sağlamlıq imkanları məhdud insanlar üçün yeni qurğu hazırlanıb

Kanadanın “Komodo OpenLab” şirkəti sağlamlıq imkanları məhdud insanlar üçün elektron qurğuların idarə edilməsini sadələşdirəcək “Tecla” qurğusu üzərində çalışır. Bu dəfə şirkət qurğunun istifadəçilərə eyni anda səkkiz elektron cihazı idarə etməyə imkan verən yeni versiyasını təqdim edib.

naked-science.ru saytının məlumatına görə, əlil arabasına inteqrasiya ediləcək “Tecla” istifadəçiyə elektronika ilə kreslonun idarə olunması üçün istifadə edilən eyni hərəkətlərlə işləməyə imkan verir. Səkkizədək smartfon, planşet və kompüteri qoşmağa şərait yaradan yeni versiyadan televizor, məişət cihazları və Əşyaların İnternetinin tərkib hissəsi olan bütün qurğuların idarəetməsi üçün istifadə oluna bilər.

“Tecla” qurğusuna quraşdırılan ötürücülər qohumlara istifadəçilərin olduğu yeri, eləcə də onların aktivlik səviyyəsini və həmin yerin ətraf mühitinin temperaturunu izləməyə imkan verir. Bir dəfə enerji ilə doldurulan akkumulyator 48 saatlıq fasiləsiz istifadə üçün kifayət edir.

Şirkətdən verilən məlumata görə, qurğunun pərakəndə satış qiyməti 499 dollar təşkil edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.