Yeni qulaqlıqlar dil baryerini aradan qaldıracaq

24 Aprel 2017 - 14:41 | Texnoloji yeniliklər
Yeni qulaqlıqlar dil baryerini aradan qaldıracaq

Honkonqda keçirilən “Global Sources Startup Launchpad” sərgisində insanın nitqini real vaxt rejimində tərcümə edə bilən “Airbuds Air Translator” qulaqlıqları nümayiş olunub.

4pda.ru saytının məlumatına görə, müxtəlif dillərdə danışan iki nəfər bu qulaqlıqdan istifadə edərək bir-biri ilə danışmağa başlayır. Qulaqlığın korpusunda smartfonda xüsusi proqramı işə salan “Danışıq” düyməsi quraşdırılıb. Hər bir cümlə tərcümə üçün “bulud” saxlancına göndərilir və digər insana başqa dildə qulaqlıqda səs və qurğunun ekranında mətn şəklində ötürülür. Bu, həmsöhbətlərə tərcümənin düzgünlüyünü yoxlamağa imkan verir.

İstehsalçılar iddia edirlər ki, 42 dili dəstəkləyən platforma rəqib sistemləri üstələyir. Hazırda “Airbuds Air Translator” sadə cümlələri daha düzgün tərcümə edir.

İnternet bağlantısının keyfiyyət və sürətindən tam asılılıq və tərcüməni səsləndirən kompüter səsinin qeyri-təbiiliyi “Airbuds Air Translator” və analoji layihələrin əsas problemi olaraq qalır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.