Məlumdur ki, PİN-kodlara nisbətən daha etibarlı olan barmaq izi skanerləri smartfonlarda geniş tətbiq olunur. Artıq “MasterCard” şirkəti ödəmə kartlarında olan dördrəqəmli kodu bu texnologiya ilə əvəzləməyi planlaşdırır. Bunun üçün istifadəçi EMV-çipə yazılması üçün bir və ya iki barmağının izini şifrələnmiş halda banka təqdim etməlidir. Sınaq kartları artıq Cənubi Afrikada istifadə olunmağa başlayıb.
tech.onliner.by saytının məlumatına görə, yeni kartların 2017-ci ilin sonuna kimi bütün dünyada tətbiq olunması nəzərdə tutulur. Lakin, bu texnologiyanın istifadəsi konkret banklardan və müvafiq qanunvericilikdən asılı olduğundan onun istifadə olunacağı ölkələrin adları hələ ki, açıqlanmır.
Güman olunur ki, bu kimi kartlarla işləmək üçün mağazalarda müvafiq terminallardan istifadə olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.