Kvant nöqtələri əsasında 4K-monitor təqdim edilib

19 Aprel 2017 - 14:00 | Maraqlı məlumatlar
Kvant nöqtələri əsasında 4K-monitor təqdim edilib

“Samsung Electronics” şirkəti kvant nöqtələri üzərində qurulumuş kompüter 4K-monitorunu təqdim edib. Yeni model oyun həvəskarlarına ünvanlanıb.

dailycomm.ru saytının məlumatına görə, kvant nöqtələri texnologiyası əsasında hazırlanmış displey ənənəvi maye-kristal panellərdən daha yüksək kontrasta malik olması, əhəmiyyətli dərəcədə kiçik enerji istehlakı və daha yaxşı rəng ötürücülüyü ilə fərqlənir. İstehsalçılar iddia edir ki, monitorda ekoloji təmiz kvant materiallar texnologiyası istifadə olunub.

31,5 düymlük ekran 3840x2160 piksel (Ultra HD, 4K) imkanına və  təsviri 178 dərəcə vertikal və horizontal olaraq izləmə bucağına malikdir. Aparatın texniki təchizatına HDMI 1.4, HDMI 2.0, DisplayPort 1.2, Mini DisplayPort 1.2 və USB 3.0-ın 4 portunun rəqəmsal interfeysi daxildir.

Qeyd edək ki, monitorun qiyməti haqqında hələ ki, dəqiq məlumat verilmir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.