Alimlər “yeməli” su hazırlayıblar

17 Aprel 2017 - 16:00 | Maraqlı məlumatlar
Alimlər “yeməli” su hazırlayıblar

İndi gün ərzində 8 stəkan su içmək daha asan olacaq. 

“Skipping Rock lab” şirkəti “yemək” və ya qeyri-adı üsulla içməyin mümkün olduğu su topları hazırlayıb. Alimlər içməli suyu bioparçalanan materialın daxilinə yerləşdiriblər. Bu materialın dadı yoxdur, ona görə də daxilində olan içməli suyun tərkibində heç bir dəyişikliyə səbəb olmur. Topları istənilən yerə daşımaq mümkün olacaq.

Şirkət nümayəndələri bildirir ki, bu yenilik geniş yayılarsa, onlar istənilən dada malik material istehsal etməyə hazırdır. Bu materialın üstün cəhətlərindən biri odur ki, məhsulun istifadəsindən sonra plastik butulkanı atmaq lazım olmayacaq.

Britaniya şirkətinin istehsalçıları materialın sirrini də açıblar: o dəniz yosunlarının cövhərindən əldə edilib. Bu material təhlükəsiz olmaqla yanaşı, plastik kütlədən daha ucuz başa gəlir.  

popmech.ru saytının məlumatına görə, 6 həftə ərzində toplardan istifadə olunmadıqda material tamamilə həll olub yox olacaq.

Yeniliyi hələ ki, yalnız Londonda əldə etmək olar. Lakin su toplarının yaradıcıları onun bütün dünyada məşhurlaşacağına ümid edirlər. İstehsalçıların qlobal hədəfi isə müxtəlif növ məhsullar üçün utilizasiya etməyə ehtiyac olmayan qablaşdırma istehsal etməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.