Virtual monitorinq imkanına malik 3D-printer təqdim olunub

12 Aprel 2017 - 10:00 | Maraqlı məlumatlar
Virtual monitorinq imkanına malik 3D-printer təqdim olunub

İspan şirkəti “Eurecat”in yeni tətbiqi operatora real vaxt rejimində çap prosesini müşahidə etməyə və işin sonuna qədər nəticəni görməyə imkan verən, xüsusi ekranla təchiz edilmiş 3D-printerdən ibarətdir. 

hi-news.ru saytının məlumatına görə, bu tətbiq seriyalı istehsalla məşğul olan fabriklər üçün olduqca faydalı yenilik ola bilər. Belə ki, çap prosesində olan obyekt haqqında bütün informasiya dərhal ekranda nümayiş olunur. İş prosesinə nəzarət edən mütəxəssis hər zaman obyekti görmək və hər hansı düzəlişə ehtiyac olduqda həmin anda əmri daxil etmək imkanına malik olur.

“Eurecat”in sənaye texnologiyaları bölməsinin rəhbəri hesab edir ki, artıq beş il sonra böyük fabriklərin əksəriyyəti üçölçülü çap, əlavə və virtual reallıqdan istifadə etməyə başlayacaqlar. Buna görə də virtual reallıq ilə işləyən çap aparatının prototipinin hazırlanması bu texnologiyaların birgə tətbiqinin müasir və perspektivli variantı kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, bu tətbiq Barselonada keçirilən “Advanced Factories” sərgisində nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.