Proyektor əlavə reallıq qurğusu kimi istifadə olunacaq

10 Aprel 2017 - 11:30 | Maraqlı məlumatlar
Proyektor əlavə reallıq qurğusu kimi istifadə olunacaq

“Lightform” adlı kiçik qurğu mənzilin ətraflı və əhatəli xəritəsini yarada bilir. Qurğu əşyaların yerini yadda saxlayır və müxtəlif informasiyanın təsviri üçün onların səthindən istifadə edir.

hi-news.ru saytının məlumatına görə, qurğunun korpusunun daxilində hər şeyi fiksasiya edən yüksək dəqiqliklə ayırdetmə qabiliyyətinə malik kamera yerləşdirilib. Proyektoru qadcetə qoşduqda o, otağın hər yerini təfərrüatı ilə (hər bir çıxıntı və ya mebel əşyası daxil olmaqla) skan etməyə başlayır və bu səthlərdə istənilən informasiyanı əks etdirə bilir.

“Lightform” vasitəsilə divar saatı evdən çıxma vaxtını və digər faydalı məlumatları əks etdirən “ağıllı” qurğuya çevrilir. Dibçəklərdə isə çiçəkləri sulamağın vaxtının çatdığını işarə edən piktoqramlar göstərilir. Həmçinin “Lightform”u əyləncə sisteminə çevirməklə bəzi ev heyvanları üçün döşəməyə hərəkət edən nöqtələr proyeksiya etmək mümkündür.

İstehsalçılar artıq cari ilin yayında qurğunun ilkin sifarişlərini qəbul etməyi planlaşdırırlar. Qurğunun qiyməti haqqında isə, hələ ki, dəqiq məlumat verilmir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.