Döyüş robotları “duelə çıxacaq”

10 Aprel 2017 - 11:00 | Maraqlı məlumatlar
Döyüş robotları “duelə çıxacaq”

ABŞ-ın “MegaBots” şirkəti tarixdə ilk dəfə olaraq insanabənzər döyüş robotlarının (İDR) duelinin keçiriləcəyi tarixi açıqlayıb. Şirkətdən bildiriblər ki, duel 2017-ci ilin avqust ayında baş tutacaq.

naked-science.ru saytının məlumatına görə, insanabənzər döyüş robotları elmi-fantastik oyunlar, kinoşəkillər və animasiyalardakı məşhur silahdan ibarətdir. Bu kimi qurğu nümunələri tək nüsxələrdə reallıqda mövcud olsa da, onlar yalnız sərgilər üçün rekvizit kimi istifadə olunur. Bildirilir ki, real məsələlərin həlli üçün İDR-nin istehsalı və ondan istifadə olduqca baha başa gəlir.

2015-ci ildə MegaBot Mk.II döyüş robotunun istehsalçısı olan “MegaBots” şirkəti Yaponiyanın “Suidobashi Heavy Industry” şirkətini duelə çağırdı. 6 ton çəkiyə malik MegaBot Mk.II iki operator tərəfindən idarəetməyə hesablanıb və saatda 161 kilometrə qədər sürətdə 1,3 kiloqramlıq nüvələrlə atış üçün markerlərlə təchiz edilib. “Suidobashi Heavy Industry” şirkətinin Kuratas adlı robotu isə daha az, 4,5 ton  çəkiyə malikdir, lakin iki Qatlinq pulemyotuyla silahlanıb və HUD-ekran naviqasiya sistemiylə təchiz edilib.

Kuratas-ın yaradıcıları çağırışı bir şərtlə qəbul ediblər ki, dueldə əlbəyaxa döyüş olacaq. Bundan sonra MegaBots kraudfandinqin (layihənin reallaşdırılması məqsədilə geniş kütlələrdən maliyə cəlb olunması mexanizmi) köməyilə yeni MegaBot Mk.III robotunun hazırlanmasına əlavə 550 min dollar cəlb edib.

Hazırda robot texnikası sahəsində başqa yarışlar da mövcuddur. Bu kimi tədbirlər həm əyləncə, həm də perspektivli mürəkkəb robotların imkanlarının nümayişi, məsələn xilasedici əməliyyatlar (DARPA Robotics Challenge) üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.