2020-ci ilədək pilotsuz taksilər istifadəyə veriləcək

06 Aprel 2017 - 16:00 | Maraqlı məlumatlar
2020-ci ilədək pilotsuz taksilər istifadəyə veriləcək

Məişət texnikası və ehtiyat hissələrinin ən böyük istehsalçısı “Bosch” “Daimler” şirkəti ilə birgə 2020-ci ilədək özünü idarə edə bilən avtomobillərin hazırlanmasına dair planlarını açıqlayıblar. Alyansın məlumatına görə, avtomobil qeyd olunan müddətədək avtonom və işlək vəziyyətdə təqdim olunacaq.

Pilotsuz avtomobilin texniki imkanları Avtomobil Sənayesi Mühəndisləri Cəmiyyətinin tərtib etdiyi cədvəldəki göstəricilərə uyğun olacaq.

belta.by saytının məlumatına əsasən, bu kimi aparatlar istənilən hava şəraiti və yol vəziyyəti zamanı sərnişinləri təhlükəsiz daşıya bilmək imkanına malik olacaq.

Proqram təminatının yaradılması üçün “nVidia” korporasiyası və “Uber” şirkətini işə cəlb etmək nəzərdə tutulur. Bununla yanaşı, avtomobillərdən bir neçə şəxsin birgə istifadə funksiyasını inkişaf etdirmək və yollardakı vəziyyət haqqında onlayn-rejimdə informasiya əldə edərək tıxacları minimallaşdırmaq planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.