Yumşaq robot-skat hazırlanıb

06 Aprel 2017 - 15:56 | Texnoloji yeniliklər
Yumşaq robot-skat hazırlanıb

Skat balığının hərəkətlərini təqlid edən yeni robot nə mühərrikə, nə də vint turbininə malik deyil, lakin çox məharətlə və sürətlə üzür. Qurğunun yaradıcısı, Çinin Çjeszyans Universitetinin əməkdaşı  Tefen Li (Tiefeng Li) hesab edir ki, bu kimi elastik konstruksiyalar qənaətli olmaqla yanaşı, tədqiqat məqsədli pilotsuz sualtı gəmilər üçün də təhlükəsizdir. Onlar gəmi qalıqları və mərcan riflərini araşdıra biləcəklər.

Science Advances jurnalında dərc edilmiş məqalədə Li və onun həmmüəllifləri üzən elastik aparatı distant idarəetmə ilə təsvir edirlər. Zahirən o, 90 qram çəkisi və 18,5 santimetr uzunluğu olan xırda skat balığını xatırladır.

news.rambler.ru saytının məlumatına görə, litium batareyası üç saat fasiləsiz üzmək üçün onu enerji ilə təmin edir. Quyruğu hərəkətə gətirən bu batareya və iki elektromaqnit qurğunun yeganə sərt hissələridir. Yumşaq robotlar dəniz dibinin xəritəsini tərtib edə və suyun altında kəşfiyyat apara biləcəklər.

Robotun şəffaf “əzələləri” üzərinə qoyulmuş gərginlikdən asılı olaraq formasını dəyişdirən elektroaktiv polimerdən ibarət yumşaq dielektrik elastomerdən hazırlanıb. Bu, qurğuya “qanad”larla hərəkət etməyə və suda saniyədə 6 santimetr sürətlə irəliləməyə imkan verir. Müəlliflər bildirirlər ki, bu,  əsl skatdan daha yavaş olsa da, əvvəlki oxşar aparatın rekord göstəricisiylə müqayisədə iki dəfə sürətlidir. Lakin robot sübut etdi ki,  balaca videokamera ilə temperaturu 0,4-dən 74°C-yə qədər olan suda üzə bilər. Elastomerə gərginlik verildikdə o, sudan elektronları çəkir, öz formasını dəyişir və robotun “qanad”larını azca qaldıraraq müsbət yükü əldə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.