“Samsung” şirkətinin nümayəndəsi Galaxy S8 və Galaxy S8 Plus-un yeni flaqman smartfonlarının nümayişi zamanı qurğunun kənar şəxslərdən müdafiəsi üçün nəzərdə tutulmuş beş üsul haqqında məlumat verib. Parol, qrafik açar və daktiloskopik tənzimləyicidən başqa, smartfon üzün tanınması sistemi və gözün qüzehi qişasının skaneri ilə də təchiz olunub.
24gadget.ru saytının məlumatına görə, bu üsulların hamısından birgə istifadə etmək mümkün deyil və qurğunun sahibi yalnız birini seçə bilər. Hər iki yeni variant maraqlıdır: qüzehi qişanın skan edilməsi kifayət qədər etibarlı müdafiə olsa da, bir qədər vaxt tələb edir. Bunun üçün gözü tənzimləyiciyə yaxınlaşdırmaq lazımdır. Üzün tanınması isə daha rahat və sürətli hesab olunur, bunun üçün smartfonu sadəcə əldə saxlamaq kifayətdir. Lakin bloqqerlərdən biri bu üsulun etibarlı olmadığını sübut edib.
Belə ki, Galaxy S8-in ön kamerası ilə eksperiment zamanı digər smartfonun ekranında əks olunmuş fotodan istifadə olunub. Ekrandakı işıq zolağına baxmayaraq aparat istifadəçinin üzünü tanıyıb və telefonu blokdan çıxarıb. Məlum olub ki, “Samsung” şirkətinin tətbiq etdiyi üzün tanınması texnologiyası hələ ki, smartfonu təhlükəsizlik blokundan çıxarmaq üçün yox, əyləncə üçün yararlıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.