İsveçin “Epicenter” şirkətində artıq 2015-ci ildən əməkdaşlara implantatların tətbiqinə başlanılıb. Yüksəktexnologiyalı “düyü toxumu” NFC-açar rolunu oynayır və bütün lazımi texnikanı idarə etməyə (Məsələn, qapıları açmağa və ya məhsul almağa) imkan verir.
dni24.com saytının məlumatına görə, hazırda inyeksiyalar yüz müxtəlif şirkətdən ibarət olan “Epicenter” holdinqində olduqca populyardır. Belə ki, hətta əməkdaşlar implantatı öz bədəninə tətbiq etməyə qərar verənlər üçün əyləncəli tədbirlər təşkil edirlər.
“Epicenter”in təsisçisi və icraçı direktoru Patrik Мestertonun sözlərinə görə, NFC-çip texnologiyası artıq uzun müddətdir ki, istifadə olunur. Sadəcə onun insan bədəninə tətbiqi əvvəllər kütləvi hal almamışdı. “Epicenter” bu addımı atmağa qərar verən ilk şirkətlərdən oldu. Bu, böyük üstünlükdür, çünki çip bir çox funksiya və əşyanı əvəz edir.
Bundan başqa, mikroçip şəxsi informasiyanın təhlükəsizliyini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verir. Çipdə olan bütün informasiya əməkdaşın nə vaxt işə gəldiyini və ya mağazadan nə aldığını dəqiqliklə göstərir. Bu, smartfonlardan analitik məlumatları toplamaqla müqayisədə daha yaxşıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.