Dubayda süni intellekt laboratoriyası hökumət nümayəndələri və özəl sektor işçiləri üçün robotların onların işinə tətbiqi məqsədilə təlimlərə başlayacaq.
ria.ru saytının məlumatına görə, yeni laboratoriya artıq apreldə 200 insana təlim keçəcək. O, həmçinin alim, tələbə və bütün iştirak etmək istəyənlər üçün daim açıq olacaq.
“İnkişafa nail olmaq üçün hökumətin işini təkrar nəzərdən keçirməli və xidmətlərimizə süni intellekti daxil etməliyik. Bu texnologiyanı qəbul etməkdən başqa seçimimiz yoxdur. Biz çağrı mərkəzlərini əvəz etmək və valideynlərə koqnitiv hesablamanın köməyilə uşaqlar üçün məktəbləri seçməkdə yardımçı olmaq istəyirik”, – deyə “Smart Dubai Office”in başçısı doktor Aişa bin Butti bin Bişr bildirib.
Proqram istehsalçılarının fikrincə, yeni texnologiyaların tətbiqi müəssisələrin işini əhəmiyyətli dərəcədə sadələşdirəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.