“NextEV NIO” Çin startapı adaptasiya olunmuş salona malik pilotsuz avtomobilin konseptini təqdim edib.
naked-science.ru saytının məlumatına görə, “EVE” adlı nəqliyyat vasitəsi sərnişinlər üçün divan, sürüşdürülən qapılar, həmçinin açılan kreslo-çarpayı ilə təchiz ediləcək.
Bort sistemlərini NOMI süni intellekti idarə edəcək. Bundan başqa, NOMI salonda və hərəkət sürətində işıqlandırma intensivliyinin nizamlanmasına hesablanıb. İstəkdən asılı olaraq sürücü maşını idarə etməyi öz üzərinə götürə biləcək. Bu zaman süni intellekt köməkçi vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, bu konsept Texasda keçirilən “South by Southwest” illik festivalı çərçivəsində təqdim edilmişdi. Avtomobilin istehsalına isə 2020-ci ildə başlanılacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.