“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask dünyanı dəyişdirəcək növbəti layihəsini elan edib. Onun təsis etdiyi “Neuralink” adlı şirkətin məqsədi kompüterlə insan beynini əlaqələndirmək üçün neyron interfeysinin yaradılması sahəsində həllər hazırlamaqdır. Mühəndis simsiz neyrointerfeysi “neyron şəbəkə” (neural lace) adlandırır.
belta.by saytının məlumatına görə, şirkət beyinə implantasiya edilən qurğuların yaradılması üzərində işləyəcək. Bu qurğular insanlara kompüterlərə qoşularaq öz fikirlərini rəqəmsallaşdırmağa kömək edəcək.
Qeyd edək ki, “Neuralink” ilə yanaşı, “Kernel” şirkəti də insanlarda yaddaş və öyrənmə qabiliyyətinin yaxşılaşdırılması üçün implantasiya edilən qurğu hazırlayır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.