JPEG faylların ölçülərini 35% azaltmaq mümkün olacaq

29 Mart 2017 - 12:10 | Maraqlı məlumatlar
JPEG faylların ölçülərini 35% azaltmaq mümkün olacaq

Müasir informasiya texnologiyalarının ən aktual məsələlərindən biri də İnternet səhifələrin yükləmə sürətinin artırılmasıdır. Bu problemin həlli ilə əlaqədar olaraq “Google” şirkəti verilən məlumatın əsas həcmini əks etdirən şəkillərin sıxılmasını əhəmiyyətli dərəcədə artırmaq qərarına gəlib.

24gadget.ru saytının məlumatında bildirilir ki, bundan öncə 2010-cu ildə şirkət artıq WebP formatından istifadə ilə bağlı orijinal həll təklif edirdi ki, bu da keyfiyyətin saxlanılması şərtilə ötürülən faylın həcmini 10% aşağı salırdı. Bu format yalnız “Google”tərəfindən istifadə olunduğundan, JPEG-də təqdim edilən faylların optimallaşdırılmasıyla məşğul olmaq haqqında qərar qəbul edilmişdir.

“Google” şirkətinin təqdim etdiyi “Guetzli” alqoritmi insan görməsinin psixovizual xüsusiyyətlərinə əsaslanan orijinal Butteraugli modeliylə təmin olunur. Bu alqoritm JPEG faylların həcmini 35% azaltmağa imkan verir.  Daha bir üstün cəhəti isə onun hazırda mövcud olan bütün brauzer və tətbiqetmələrə uyğun olmasıdır.

Şəklin sıxılmasının yeni texnologiyası haqqında bütün məlumatlar GitHub xüsusi xidmətində hər kəsə əlçatandır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.