“Ağıllı” divar təqvimi

27 Mart 2017 - 09:30 | Texnoloji yeniliklər
“Ağıllı” divar təqvimi

Yaponiyalı dizayner Koşo Tsuboi smartfonla sinxronlaşdırılan və planlaşdırılmış işlər haqqında informasiyanı əks etdirən “ağıllı” divar təqvimi hazırlayıb.

hitech.newsru.com saytının məlumatına görə, elektron mürəkkəb (e-ink) texnologiyası əsasında işləyən təqvim “Google” şirkətinin Yaponiyada fəaliyyət göstərən və dizaynerlərə yeni Android-qurğuları təqdim etmək imkanı təklif edən “Android Experiments” proqramı çərçivəsində yaradılıb.

“Google Calendar” proqramı ilə sinxronlaşdırılan, ay və ya gün üçün cədvəli əks etdirən “Magic Calendar” zahirən adi kağız təqvimi xatırladır. Qurğunun satışa çıxarılma tarixi və digər təfərrüatlar hələ ki, məlum deyil.

Qeyd edək ki, bu, son zamanlar təqdim edilmiş ilk belə qadcet deyil. Belə ki, ötən ilin sentyabrında Amerikanın “Glance Tech” startapı “Indiegogo” kraudfandinq platformasında “ağıllı” divar saatı “Glance Clock”un istehsalı üçün vəsait toplayıb. Bu saatlar Bluetooth vasitəsilə smartfon və ya fitnes-trekerlə sinxronlaşdırılır, həmçinin görüşlər, hava proqnozu və s. haqqında bildirişləri əks etdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.