NATO Azərbaycanın gənc alimlərini kibermüdafiə üzrə Elm Proqramında iştirak etməyə dəvət edir

09 Aprel 2014 - 16:00 | Konfranslar, İclaslar

NATO-nun AMEA gənc alimlərini “Sülh və Təhlükəsizlik naminə Elm Proqramı”nın layihələrində iştirak etməyə dəvətilə əlaqədar olaraq, Rəyasət Heyətində AMEA prezidenti, akademik Akif Əlizadə NATO-nun sözügedən proqramının rəhbəri Dəniz Yüksəl Beteniqəbul edib. 

Qonaq əvvəlcə proqram haqqında geniş məlumat verərək bildirib ki, Alyansın bu proqramında antiterrorizm, kibermüdafiə, enerji təhlükəsizliyi, nüvə siyasəti, iqtisadiyyat və təhlükəsizliyin qiymətləndirilməsi və s. istiqamətlər əhatə olunmuşdur. Xanım D.Y.Beten qeyd edib ki, hazırda dünyanın bir çox ölkələrinin intellektli gəncləri bu proqramın dəstəklədiyi layihələrdə iştirak edirlər. Misir, Əfqnıstan və başqa ölkələrin gənclərinə layihələrdə iştirak üzrə təcrübə xarakteri daşıyan təlim və seminarlar keçirilməkdədir. 

AMEA prezidenti A.Əlizadə akademiyanın NATO-nun bir sıra layihələrində iştirak etdiyini qeyd edərək, onların sırasında yer elmləri, o cümlədən ətraf mühitin mühafizəsi və başqa istiqamətlərdəki təşəbbüsləri diqqətə çatdırıb. Enerji təhlükəsizliyi, antiterrorizm və başqa istiqamətlərdə intellektli gənclərin potensialına önəm verən akademik bu istiqamətlərdə də AMEA-nın gənc alimlərinin tədqiqatlarının genişləndirilməsini vacibliyini önə çəkib. 

Sonda proqramda iştirak etmək üçün AMEA-nın gənc alimləri üçün təlim və seminarların keçirilməsi qərara alınıb.