AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev “Tədqiqata görkəmli töhfə” sertifikatı ilə təltif olunub.
Alim bu mükafata “Applied Soft Computing Journal” jurnalının keyfiyyətinin yaxşılaşdırılması istiqamətində göstərdiyi xidmətlərə görə nəşrin redaksiya heyəti tərəfindən layiq görülüb.
Qeyd edək ki, “Elseiver” beynəlxalq elmi bazasında nəşr olunan yüksək impakt faktorlu “Applied Soft Computing” dərgisi Soft Computing üzrə Beynəlxalq Federasiyanın rəsmi jurnalıdır.
Jurnalın elmmetrik göstəriciləri aşağıdakı kimidir:
1) Impact Factor: 2.857
2) 5-Year Impact Factor: 3.288
3) SNIP: 2.143
4) SJR: 1.763
5) CiteScore: 4.00
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.