“Ağıllı” gödəkçə

14 Mart 2017 - 12:44 | Texnoloji yeniliklər
“Ağıllı” gödəkçə

“Levi Strauss & Co” və “Google” şirkətlərinin “Jacquard” layihəsi çərçivəsində birgə hazırladığı qeyri-adi cins gödəkçə smartfonun funksiyalarını idarə etməyə imkan verir.

hitech.newsru.com saytının məlumatına görə, “ağıllı” gödəkçənin qollarına elektrik keçiriciliyinə malik simlərdən hazırlanmış sensorlar quraşdırılıb. Toxunaraq hiss etmək üçün xüsusi olaraq ayrılmış sensorlar idarə edən çipə toxunuşlar haqqında məlumat ötürür. Beləliklə, istifadəçi smartfonun bəzi funksiyalarını idarə etmək üçün gödəkçənin qolundan istifadə edə bilir. Məsələn, onun köməyilə naviqatoru, pleyeri idarə etmək və ya zənglərə cavab vermək mümkündür.

İstehsalçıların sözlərinə görə, gödəkçənin parçası xüsusi qulluq tələb etmir. Yuyulmadan əvvəl yalnız gödəkçənin qolundan idarə edən modulu ayırmaq lazımdır.

Cari ilin payızında satışa çıxarılacaq gödəkçənin dəyəri təxminən 350 ABŞ dolları təşkil edəcək.

Qeyd edək ki, “Jacquard” layihəsi çərçivəsində Britaniyanın “Savile Row” şirkəti ilə birgə hazırlanmış sensor parçanın ilk nümunələri 2015-ci ildə keçirilmiş “Google I/O” konfransında nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.