“TIOBE Software” şirkəti ən populyar proqramlaşdırma dillərinin yeni reytinqini açıqlayıb.
igate.com.ua saytının məlumatına görə, indeksdə birinci yerdə həmişə olduğu kimi, 16,3 faizlik göstərici ilə “Java” proqramlaşdırma dili qərarlaşıb. İkinci yeri il ərzində göstəricisi kəskin azalan (2016-cı ilin martında 14,5 faiz, hazırda isə 6,86 faiz təşkil edir) “С” proqramlaşdırma dili tutub. Üçüncü pillədə 5,1 faizlə tezliklə ikinci mövqeyə yüksəlməsi gözlənilən “С ++” yer alıb. İlk beşliyi isə “Python” və “Vusial Basic.NET” tamamlayıb.
Son ildə dörd pillə yüksələn “Apple Swift” dili reytinqdə 2,27 faizlik nəticə ilə onuncu yerə sahib olub.
Qeyd edək ki, “Tiobe Software” şirkətinin reytinqi proqramlaşdırma dilləri üzrə ən məşhurudur. Burada populyarlıq indeksi ən yaxşı proqramlaşdırma dilini yazılan çoxsaylı kod sətirləri ilə deyil, “Google”, “Baidu”, “Wikipedia”, “Yahoo”, “Ebay” və “YouTube” resurslarının statistikasının analizi əsasında dillərə marağın dəyişməsinə əsasən müəyyənləşdirir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.