ABŞ-ın “Microsoft” korporasiyasının mühəndisləri gözlərin hərəkəti ilə mətn yığmağa imkan verən unikal proqram hazırlayıblar. Yeni proqram fiziki imkanları məhdud olan insanlara ünsiyyət qurmaqda kömək göstərmək üçün nəzərdə tutulub.
runews24.ru saytının məlumatına görə, məhsulun yaradılması zamanı “Microsoft” mühəndislərinə ABŞ-ın Vaşinqton Elmi Universitetinin mütəxəssisləri texniki dəstək göstəriblər. “Eye-gaze” adlandırılmış proqram videokameraya smartfon və ya fablet istifadəçilərinin gözlərinin hərəkətini izləməyə imkan verir. Proqram göz bəbəklərinin hərəkət trayektoriyasını yadda saxlayaraq məlumatları virtual klaviaturanın düymələrinə köçürərək modelləşdirə bilir.
Unikal proqramdan istifadə etdikdə mürəkkəb bir cümlənin yığılmasına 1 dəqiqə yarım sərf olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.