Yeni qurğu tonometri əvəz edəcək

28 Fevral 2017 - 12:33 | Texnoloji yeniliklər
Yeni qurğu  tonometri əvəz edəcək

İsveçrənin “Leman Micro Devices” şirkətinin üzərində işlədiyi qurğu qan təzyiqini ölçən cihazı – tonometri əvəz edəcək. Hazırda sınaq mərhələsində olan tənzimləyicini istənilən smartfona inteqrasiya etmək mümkün olacaq.

Şirkət nümayəndələri əmindirlər ki, onlar qan təzyiqinin məhz klassik tibbdəki analizi metodlarından istifadə edirlər ki, bu da hesablama nəticələrinin dəqiqliyinə səbəb olur.

medgadgets.ru saytının məlumatına görə, qurğu insanın sağlamlıq vəziyyətini digər parametrlər, təzyiq, nəbz, qanda oksigenin səviyyəsi, tənəffüs tezliyi və bədənin temperaturu üzrə də qiymətləndirə biləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.