Rusiyanın ən böyük sosial şəbəkəsi olan “Вконтакте” istifadəçiləri üçün hazırlanmış FindFace xidməti virtual mühitdə istənilən insanı yalnız bir şəkil üzrə tapa biləcək. Layihənin əsasını “N-Tech.Lab” şirkətinin hazırladığı şəxsin tanınması texnologiyası təşkil edir.
FindFace proqramı sosial şəbəkədə mobil telefonla çəkilmiş şəkillər əsasında insanı tapmağa, onunla əlaqə saxlamağa və açıq məlumatları ilə tanış olmağa imkan verir. Zəif işıqlandırma və ya uğursuz rakurs alqoritmə lazım olan insanı operativ tapmağa mane olmayacaq.
Xidmət insanı fotoda təxminən 70% dəqiqliklə müəyyən edir, əgər şəxsi tapmaq mümkün olmazsa FindFace oxşar insanların fotosuna baxmağı təklif edir ki, bu da xidməti müasir deytinq-xidmətlər arasında unikal edir.
macdigger.ru saytının məlumatına görə, sosial xidmətin yeni görünüşü “N-Tech.Lab” şirkətinin neyron şəbəkələr sahəsində ixtisaslaşdırılmış texnologiyası əsasında hazırlanmışdır. Bu kimi şəbəkələr informasiyanı insan kimi, lakin daha sürətli şəkildə təhlil etmək və öyrənmək qabiliyyətinə malikdir. Lazımi faylın 300 milyon şəkil olan bazada axtarışı üçün N-Tech.Lab alqoritmindən 1 saniyədən də az vaxt tələb olunur. Bu həll Vaşinqton universitetinin təşkil etdiyi “The MegaFace Benchmark” beynəlxalq müsabiqəsində 1-ci yerə layiq görülmüşdür.
Hazırda FindFace-dən iOS və Android mobil proqramları, həmçinin brauzer vasitəsilə istifadə etmək mümkündür. Bütün lazımi hesablamalar silinmiş serverlərdə həyata keçirildiyindən qadcetlərə minimal tələblər qoyulur. Xidmət yalnız lazımi istifadəçini tapmağa deyil, həm də ona məktub göndərməyə, paylaşımlarını bəyənməyə, şəkilləri və başqa məlumatlarına baxmağa imkan yaradır.
Yeni xidmət ilkin mərhələdə gündəlik auditoriyası 100 milyonu ötən "ВКонтакте" sosial şəbəkəsində əlçatan olacaq. Gələcəkdə FindFace-in digər sosial şəbəkələrdə də tətbiq olunacağı istisna edilmir.
FindFace-in baza funksionalı pulsuz olsa da, proqramın daha geniş imkanlarını əldə etmək üçün istifadəçilərə hər ay 149-459 rubl (təxminən 5-15 manat) arası ödəniş etmək lazım gələcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.