Robot-polis vağzalda təhlükəsizliyə nəzarət edəcək

20 Fevral 2017 - 09:00 | Maraqlı məlumatlar
Robot-polis vağzalda təhlükəsizliyə nəzarət edəcək

Çinin Henan əyalətinin dəmiryolu vağzalında ilk robot-polis vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

ria.ru saytının məlumatına görə, robot-polis Çjençjou şəhərinin sürətli qatarlar vağzalının gözləmə zalında fəaliyyət göstərir.

Təkərlər üzərində hərəkət edən ağ-qara robotun səthində çox sayda sensorlar quraşdırılıb. Robot insanın köməyi olmadan ərazini qoruyur, sərnişinlərin üzünün skan edilməsi və tanınması funksiyasını yerinə yetirir. Bundan başqa, o, sərnişinlərin suallarını cavablandıra, temperatur səviyyəsini skan edə və yanğın təhlükəsi barədə xəbərdarlıq edə bilir.

Qeyd edək ki, bir həftə ərzində robot test rejimində işlədikdən sonra axşam növbəsində çalışacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.