Yeni çip nitqin tanınması imkanlarını genişləndirəcək

17 Fevral 2017 - 15:00 | Texnoloji yeniliklər
Yeni çip nitqin tanınması imkanlarını genişləndirəcək

Massaçusets Texnologiya İnstitutunun alimləri nitqin avtomatik tanınması üçün yüksək keyfiyyətli çip hazırlayıblar.

“Amazon” şirkətinin “Echo”, “Google”un “Home” və “Apple”ın “Siri” səs köməkçiləri sayəsində biz elektron qurğularımızla “ünsiyyət qururuq”. Massaçusets Texnologiya İnstitutunun alimləri bu tendensiyanı nəzərə alaraq xüsusi olaraq nitqin avtomatik tanınması üçün enerjiyə qənaət edən və məhsuldar çip hazırlayıblar.

naked-science.ru saytının məlumatına görə, yeni çip müasir smartfonlarda nitqin tanınması üçün istifadə edilən tipik həllərlə müqayisədə enerjiyə 90-99 faiz qənaət edəcək. Məsələn, “iPhone” smartfonlarında “Siri” səs köməkçisi ilə ünsiyyət qurmaq üçün tətbiq edilmiş qurğu 1 vatt həcmində enerji sərf edir. Yeni çip isə müvafiq işin yerinə yetirilməsinə 0,2-10 millivatt enerji sərf edəcək.

Yeni tətbiqdən mobil qurğularda istifadədən başqa, çipləri enerjini az miqdarda istehlak etməklə adi tənzimləyicilər və digər qurğulara yerləşdirmək mümkün olacaq ki, bu da Əşyaların İnterneti texnologiyalarının inkişafına güclü təkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.