“Yaşıl” göydələnlər havanı təmizləyəcək

16 Fevral 2017 - 12:26 | Maraqlı məlumatlar
“Yaşıl” göydələnlər havanı təmizləyəcək

Yaxın gələcəkdə Çinin bəzi şəhərlərində yaşıllıqla örtülmüş bir neçə göydələn inşa ediləcək. Adi göydələnlərdə olduğu kimi, onların da daxilində ofislər, restoranlar, ticarət mərkəzləri və s. olacaq, lakin xaricdən böyük “yaşıl” qala kimi görünəcəklər. Tikinti yalnız boz meqapolisləri bəzəmək üçün deyil, həm də havanın təmizlənməsinə kömək etmək üçün nəzərdə tutulmuş “Vertical Forest” layihəsi çərçivəsində həyata keçiriləcək.

Layihə müəlliflərinin planlarına əsasən, bu il 200 və 108 m hündürlükdə ilk 2 qüllənin tikintisi üçün bünövrə qoyulacaq. Hər iki bina özündə təxminən 900 böyük ağacın, mindən çox kol və gülün olduğu yerli bitki aləminin 23 növünü birləşdirən “şaquli meşə” olacaq. Bütün bitkilər hər gün 25 ton karbon qazı istehlak edəcək və təxminən 60 kq oksigen istehsal edəcək.

hi-news.ru saytının məlumatına görə, Çin hakimiyyətini şəhərlərin qeyri-ənənəvi yaşıllaşdırılması layihəsinin hazırlanmasına sahələrin çatışmazlığı vadar edib. Bu səbəbdən tikinti xərclərinin yüksək olmasına baxmayaraq, bu yanaşma gələcəkdə yerli sakinlərin sağlamlığı baxımından özünü doğruldacaq. Bundan başqa, artıq yüksək hündürlükdə şəxsi meşə sahəsini almaq istəyənlərin sayı da az deyil.

“Vertical Forest” layihəsini maliyyələşdirən “Nanjing Yang Zi” dövlət korporasiyasının nümayəndələri bildiriblər ki, 2018-ci ildə tikintinin başa çatdırılması və binaların istismara verilməsi nəzərdə tutulur. İlk 2 göydələn Nankin şəhərində tikiləcək. Şiszyaçjuan, Quyçjou, Şanxay və Çunsin şəhərlərini də eyni qayda ilə yaşıllaşdırmaq şirkət rəhbərliyinin planlarına daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.