“Indiegogo” vəsait toplama platformasında maye şüşənin istehsalına vəsait toplanılması kampaniyasına start verilib. “ProtectPax” istənilən şüşə səthini (smartfonun ekranı, planşetlər, eynək linzaları və s.) mexaniki zədələrdən qorumaq üçün nəzərdə tutulmuş tərkibdir. İstehsalçılar mayenin tərkibində istifadə edilmiş texnologiyaların aviasiya və aerokosmik sahələrdə tətbiq olunduğunu iddia edirlər.
hi-tech.mail.ru saytının məlumatına görə, ekranın səthinə çəkilən qatın qalınlığı 0,0004 mm-dir. Müqayisə üçün bildirək ki, adi qoruyucu şüşələrin qalınlığı 0,3 mm-dir. Bərkimiş tərkib 365 gün ərzində görünməz olur.
Tərkib mexaniki zədələrdən qorumaqla yanaşı, qurğudan istifadə zamanı elektromaqnit şüanın intensivliyini də 92,7 faiz aşağı salır və bakteriyaların 99 faizini neytrallaşdırır. Maye, həmçinin barmaq izlərinin olması barədə xəbərdarlıq edir və suya davamlıdır.
Kameranı qoruyan şüşəyə bu tərkibi sürtdükdə çəkilişin keyfiyyəti yaxşılaşır və ekranın reaksiya qabiliyyəti artır.
“ProtectPax”ı ekranın səthinə çəkmək üçün onu salfetlə təmizləmək və tərkibi üzərində yaymaq lazımdır. Səthə bu tərkibdən çəkdikdən 10 dəqiqə sonra o öz təsirini göstərir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.