ABŞ-ın “Gap Inc.” şirkəti satışların azalmasıyla mübarizə aparmağa qərar verərək “Geyim otağı” (“DressingRoom”) əlavə reallıq proqramını yaradıb. Virtual ölçmə proqramı “Google” ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Onlayn-ölçmə üçün istifadəçidən yalnız öz çəki və boy parametrlərini smartfona daxil etmək tələb olunur. Sonra proqram bu məlumatlar əsasında seçilmiş geyimin istifadəçiyə uyğun olub-olmadığını müəyyənləşdirir.
innotechnews.com saytının məlumatına görə, ölçmənin nəticəsi istifadəçini təmin edərsə, o elə proqram vasitəsilə həmin geyimi əldə edə biləcək. “DressingRoom” proqramı yalnız Google Tango platforması olan smartfonlarda dəstəklənəcək ki, bu da hələ ki, Lenovo Phab2 Pro-da mümkündür.
“Gap” şirkətinin biznesin inkişafı və strategiyası üzrə vitse-prezidenti Cil Krakovun sözlərinə görə, “DressingRoom” yalnız ticarətin stimullaşdırılması yollarından biridir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.