Proqramçı Kevin Lencinin rəhbərlik etdiyi mütəxəssislər qrupu yeni əməliyyat sistemini təqdim edib. “ToaruOS” adlanan platformanın əsasını “Linux” nüvəsi təşkil edir və sistem “C+” dilində yazılıb.
dni24.com saytının məlumatına görə, bu sistem üçün artıq çox sayda optimallaşdırılmış proqram təminatı və oyunlar mövcuddur. Platformanı hər kəs yükləyərək quraşdıra bilər.
Hazırda sistemin stabil işi təmin olunub və yaxın zamanda sistem yaradıcıları aşkarlanan səhvləri düzəltmək və ümumilikdə işi yaxşılaşdırmaq məqsədilə yenilənmə təqdim etməyi planlaşdırırlar.
“ToaruOS” təkcə standart fərdi kompüterdə deyil, həm də smartfon və planşetlər vasitəsilə dəstəklənir. Əsas fərqləndirici cəhəti elastikliyində olan sistemi geniş istifadəçi ehtiyaclarına uyğun quraşdırmaq mümkündür.
“ToaruOS” üçün tətbiq və oyunların əksər hissəsi “Python” proqramlaşdırma dili vasitəsilə yaradılıb. Əvvəlcə sistem tədris materialı kimi yaradılsa da, sonradan onun tam proqram məhsulu şəklinə salınması qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.