İşığın köməyilə çap texnologiyası hazırlanıb

07 Fevral 2017 - 12:00 | Texnoloji yeniliklər
İşığın köməyilə çap texnologiyası hazırlanıb

Beynəlxalq tədqiqatçılar qrupu tərəfindən hazırlanmış ultrabənövşəyi lampanın köməyilə işıq çapı texnologiyası mətni eyni səthə 80 dəfəyə kimi yazmağa və silməyə imkan verir. Yeni texnologiyanın sirri xarici təsir nəticəsində rəngini dəyişən nanozərrəciklərdən ibarət nazik örtükdədir.

techcult.ru saytının məlumatına görə, Şandun Universitetinin alimləri Kaliforniya Universiteti və Lourens Berkli Milli Laboratoriyasından olan həmkarları ilə birgə bu texnologiyanı “işıq çapı kağızı” adlandırıblar.

Çap prosesində adətən “rəngsiz fonda göy rəng” yaradılır, çünki belə daha yaxşı oxunulur, hərçənd əksinə də mümkündür.

Çap edildikdən sonra yüksək təsvir ölçüsünə malik təsvir sənəd üzərində 5 gün qalır. Bundan sonra yavaş-yavaş yoxa çıxır və sənədin fonu göy rəngə çalır. Mətni cəld silmək üçün kağızı 10 dəqiqə ərzində 120 Selsi dərəcəyədək qızdırmaq lazımdır.

Yeni texnologiya təbii resurslara xeyli qənaət etməyə imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.