Robotların müştərilərə xidmət edə bilməsi üçün onları müəyyən hərəkətlərə öyrətmək lazımdır, bu zaman onlar kassir, ofisiant və ya administrator vəzifəsində çalışan insanların işlərinin öhdəsindən gələ biləcəklər. Bu fikri San-Fransiskoda yerləşən avtomatlaşdırılmış “Cafe X” müvəffəqiyyətlə sübut edib.
Kafedə çox az insan işləyir və müştərilərə xidmət göstərilməsi ilə bağlı bütün məsələləri müəyyən hərəkətlər üzrə proqramlaşdırılmış robotlar yerinə yetirir; onlar qəhvə hazırlayır, sifarişləri qəbul edir və ziyarətçilərin qulluğunda dururlar.
hi-news.ru saytının məlumatına görə, hər robot öz təyinatına uyğun müəyyən hərəkətlərə öyrədilib. Belə ki, robot-ofisiant qab-qacağı və xörək cihazlarını yerbəyer edə, sous qabının altına nəlbəki qoya və ya ziyarətçilərə qəhvə gətirə bilər. Robot-barista hətta süni intellekt olmadan da işinin öhdəsindən gəlmək imkanına malikdir. Robot bir saata təxminən yüz fincan qəhvə hazırlaya bilir.
Bir çox insanlar əmindirlər ki, artıq kafelərdə əməkdaşlara ehtiyac yoxdur, çünki onların vəzifəsinin öhdəsindən adi robot asanlıqla gələ bilər. Bununla belə, dəbdə olan tendensiyalara baxmayaraq, insanları maşınlarla əvəz etməyi çox az insan düşünür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.