Texnologiya nəhəngləri süni intellektin etik məsələləri üzrə qrup yaradıblar

02 Fevral 2017 - 12:00 | Maraqlı məlumatlar
Texnologiya nəhəngləri süni intellektin etik məsələləri üzrə qrup yaradıblar

“Google”, “Amazon”, “Microsoft”, “Apple”, “Facebook” və “IBM” şirkətləri süni intellekt məsələləri üzrə əməkdaşlıq etməyə başlayıblar.

Süni intellektin vaxt keçidikcə daha da məşhurlaşması və daha çox inkişaf etdirilmiş alətə çevrilməsi bu vasitədən istifadə zamanı etik məsələləri ortaya çıxarır. Neyron şəbəkələr və Big Data özündə ümumi idarəetmə ideyasını təcəssüm etdirir, böyük hesablama güclərinə giriş isə daha da sadələşir.

ai-news.ru saytının məlumatına görə, buna cavab olaraq, qabaqcıl texnologiya şirkətləri süni intellektdən istifadə və onun tətbiqinin xüsusiyyətləri ilə məşğul olacaq ortaq təşkilatın yaradılması təşəbbüsünü irəli sürüblər.

Süni intellekt məsələləri üzrə qrupun həmsədri Mustafa Süleymanın sözlərinə görə, süni intellektin inkişafı üzərində işləməkdə məqsəd onun dünyanı transformasiya etmək qabiliyyətinə malik olmasıdır.

Qeyd edək ki, indiyədək “Apple” şirkətinin süni intellekt sahəsində tətbiqləri məxfiləşdirilmişdi. Lakin yeni dövr süni intellekt kimi inqilabçı layihə üzərində münasibətlərin yenidən baxılmasını tələb edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.