Nurugo SmartUV kamerası görünməyəni göstərəcək

02 Fevral 2017 - 10:54 | Texnoloji yeniliklər
Nurugo SmartUV kamerası görünməyəni göstərəcək

Nurugo SmartUV smartfonu üçün nəzərdə tutulmuş taxma qurğu günəş şüalarının təsiri zamanı, həmçinin gündən qoruyucu krem çəkdikdən sonra insanın dəri örtüyünün vəziyyətini əyani nümayiş etdirəcək.

24gadget.ru saytının məlumatına görə, kamera-tənzimləyici smartfona port vasitəsilə bərkidilir, iOS və Android əsasında işləyən firma proqramı isə  dünyanın ultrabənövşəyi spektrdə necə göründüyünü əks etdirir.

Kremlə qorunan dəri sahələri UF-kamera ilə qara görünəcək, qorunmamış sahələr isə ağ qalacaq. İstifadə edilmiş kremin keyfiyyətini qiymətləndirməkdən başqa, qurğu qocalma müddətində dəridə əmələ gələn gizli qüsurları və melanomanın inkişafını da aşkar edəcək. Kickstarter-də bu məhsulu əldə etmək üçün 105$ təklif edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.