Danimarkada dünyada ilk dəfə olaraq ABŞ-ın böyük korporasiyaları ilə münasibətlərin qurulması üçün “rəqəmli” səfir təyin ediləcək.
ria.ru saytının məlumatında bildirilir ki, Danimarkanın xarici işlər naziri Anders Samuelsen “Politiken” qəzetinə müsahibəsində “Google”, “Apple” və “Microsoft” kimi şirkətlərlə münasibətləri yaxşılaşdırmağın vacib olduğunu bildirib: “Çünki onların var-dövləti Danimarkanın ənənəvi diplomatik münasibətləri dəstəklədiyi əksər ölkələrdən daha çoxdur, həmçinin onlar Danimarkaya tam müstəqil bir ölkə ilə eyni dərəcədə təsir göstərə bilirlər. “Rəqəmli” səfir iri korporasiyalarda Danimarkanın maraqlarını təmsil edəcək”.
“Bu şirkətlər yeni ölkə növünə çevriliblər və biz onlara müqavimət göstərməliyik”, — deyə Samuelsen əlavə edib. Nazir qeyd edib ki, Danimarka ona təsir edən korporasiyalarla daha sıx əlaqələrə ehtiyac duysa da, digər ölkələrlə yaranmış ənənəvi münasibətləri dəyişdirməyi planlaşdırmır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.