AMEA İnformasiya Texnologiyaları İnstitutu Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası (GEANT) ilə birlikdə Avropa Birliyinin EaPConnect layihəsi çərçivəsində Şərq Tərəfdaşlığı ölkələri üçün genişzolaqlı kompüter şəbəkəsinin yaradılmasında iştirak edir.
Layihənin məqsədlərindən biri də, Avropanın elm və təhsil şəbəkələrinin elmi, texniki və təşkilati məsələlər üzrə təcrübəsinin öyrənilməsi və Şərq Tərəfdaşlığı ölkəkələrinin müvafiq qurumlarında tətbiq edilməsidir.
Bununla bağlı olaraq, Almaniyanın Milli Elm və Təhsil Şəbəkəsinin (DFN: Germany's National Research and Education Network) təşəbbüsü ilə qabaqcıl təcrübənin öyrənilməsi, əməkdaşlıq əlaqələrinin müzakirəsi və “Milli Elm və Təhsil Şəbəkələrinin Biznes Modeli” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün Şərq Tərəfdaşlığı ölkəkələrinin milli elm və təhsil şəbəkələrinin rəhbərliyi Almaniyaya dəvət olunmuşdur.
Qeyd olunan tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “AzScienceNet Şəbəkəsinin Biznes Modeli” mövzusunda təqdimatla çıxış edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.