Zərərverici proqram təminatının öyrənilməsi üzrə Xylit0l adı altında fəaliyyət göstərən müstəqil mütəxəssis “Satan” (“İblis”) İnternet-xidmətini aşkar edib. Bu xidmət kibercinayətkarlığa yeni başlayanlara kompüterləri viruslara yoluxdurmaq imkanı verir. Resursda qeydiyyatdan keçdikdən sonra proqramın şəxsi versiyasını yaratmaq mümkündür.
Çox sadə tərtibata malik Satan xidməti standart sxem üzrə işləyir — kibercinayətkarlığın qurbanı olan fərdi kompüterdəki faylları şifrələyir, adların yerlərini dəyişir və onları .stn domeninə konversiya edir. Bundan sonra, tələyə düşmüş istifadəçi ödəmə tələb edən mesaj alır. Öz-özünə öyrənmiş hakerlərin gəlirlərinin 30%-i resurs administrasiyasının payına düşür.
pcweek.ru saytının məlumatına görə, sistem bəzi antivirusların mühafizə sistemlərini “sındırmağa” imkan verən müxtəlif alət və alqoritmlərdən istifadə edir. Bundan başqa, platformanın istehsalçıları onu fəal şəkildə yeniləyirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.