“Siri” iflic olmuş insana təcili yardım çağırmağa kömək edib

19 Yanvar 2017 - 12:00 | Maraqlı məlumatlar
“Siri” iflic olmuş insana təcili yardım çağırmağa kömək edib

Səs köməkçilərinin imkanlarının mütəmadi olaraq artmasına baxmayaraq, mobil qurğuların sahibləri real həyatda onlardan demək olar ki, istifadə etmirlər. Bununla belə, təcrübələr göstərir ki, səs assistenti ən gözlənilməz vəziyyətlərdə insanlara lazım ola bilər. Belə ki, bu yaxınlarda “Siri” səs köməkçisi ekstremal velosipedçi olan Endryu Çoya iflic olduğu anda təcili yardım çağırmağa kömək edib.

4pda.ru saytının məlumatına görə, dostları ilə şam yeməyi zamanı halı pisləşən Endryu Ço evə gəldikdə də özünü yaxşı hiss etmədiyini görərək təcili yardım çağırmağa qərar verib. Lakin boynundan aşağı hissəsi iflic olan Endryu “Siri” səs köməkçisini aktivləşdirərək onun köməyilə xilasetmə xidmətini çağırıb.

Qeyd edək ki, “Siri” səs texnologiyası yalnız “Apple” şirkətinin məhsullarında istifadə olunur.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.